İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin hərbi geyimdə Kursk vilayətinə getdi: "Ukrayna qüvvələri izolyasiya edildi" - ŞOK GƏLİŞMƏ

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətində yerləşən hərbi qruplaşmanın komanda məntəqələrindən birinə gedərək iclas keçirib.

Musavat.com xəbər verir ki, Prezident iclasa hərbi geyimdə qatılıb və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun məruzəsini dinləyib.

Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimovun açıqlamasına görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki qruplaşması tamamilə izolasiya edilib və onların planlı şəkildə məhv edilməsi davam edir. 

Gerasimov Ukrayna ordusunun Kursk bölgəsində indiyə qədər 67 mindən çox hərbçi itirdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin Baş Qərargah rəhbərinin məruzəsini dinlədikdən sonra Kursk vilayətində mövqe tutan və döyüş aparan düşmənin ən qısa zamanda tamamilə darmadağın edilməsi tapşırığını verib.

Bundan əlavə, Putin Rusiya-Ukrayna sərhədi boyunca təhlükəsizlik zonasının yaradılması məsələsinin xüsusi diqqətlə nəzərdən keçirilməsini də tapşırıb.

 

Musavat.com

@@TVmusavat/110462@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Mart 2025

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR