Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın təklif etdiyi atəşkəs planı Rusiya tərəfindən pozularsa Trampın nə kimi planı var.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ağ Evdən bununla bağlı heç bir dəqiq cavab gəlməyib.
"Baxın, bu, açıq-aşkar böyük bir nəzəri sualdır və mən bunu şərh etməyəcəyəm, çünki biz hələ o mərhələyə çatmamışıq. Hazırkı vəziyyət budur ki, ukraynalılar atəşkəsə razılaşıblar, onlar dünən Səudiyyə Ərəbistanında müzakirəyə çıxarılan və dövlət katibi ilə milli təhlükəsizlik üzrə müşavirimizin təqdim etdiyi sülh planına razılıq veriblər. Mən də buraya gəlməzdən əvvəl onlarla danışmışam," – deyə Ağ Evin spikeri Kerolayn Livitt brifinq zamanı bildirib.
O, həmçinin Trampın atəşkəsə sadiqliyi təmin etmək üçün Putinə zəng etməyi planlaşdırıb-planlaşdırmadığına dair sualı da cavabsız qoyub.
"Mənim prezidentin telefon danışıqlarının məzmunu ilə bağlı məlumatım yoxdur, lakin hər zaman olduğu kimi, əgər belə bir zəng baş tutarsa, prezident sizi məlumatlandıracaq," – deyə o qeyd edib.
Musavat.com
13 Mart 2025
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ