Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Polşanın baş naziri Donald Tusk ilə keçirdiyi brifinqdə Ukraynanın atəşkəs razılaşmasını qəbul etməsini "müsbət və vacib addım" kimi qiymətləndirib.
Musavat.com xəbər verir ki, Ərdoğan Moskvanın bu təşəbbüsə müsbət cavab verəcəyinə ümid etdiyini bildirib:
"Biz Ukraynanın ABŞ-la apardığı danışıqlarda atəşkəsi qəbul etməsini müsbət və vacib addım kimi qiymətləndiririk. İndi ümid edirik ki, Rusiya da bu addıma konstruktiv yanaşacaq. Türkiyənin bu müharibəyə münasibəti ilk gündən birmənalı olub – biz qan tökülməsini istəmirik və hər iki qonşumuzun müharibəni ədalətli sülhlə bitirməsini istəyirik. Əgər son hadisələr Rusiya və Ukraynanı danışıqlar masasına qaytaracaqsa, Türkiyə ədalətli və dayanıqlı sülhün əldə olunması üçün, o cümlədən danışıqların təşkili məsələsində istənilən töhfəni verməyə hazırdır", – deyə Ərdoğan vurğulayıb.
Mənbə: Anadolu Agentliyi
Musavat.com
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ