Onlayn ictimai-siyasi qəzet
Rusiyanın “Qazprom” Mərkəzi Avropadakı sonuncu əsas müştərilərindən biri olan “Wien Energie” 2025-ci ildən Rusiya qazından istifadəni dayandıracaq və alternativ yanacaq təchizatçılarına üstünlük verəcək.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg Vyananın ən böyük kommunal şirkətinin rəhbərliyinə istinadən yayıb.
Avstriya şirkəti Vyanada və onun ətrafında yaşayan iki milyon insanı enerji ilə təmin edir. Şəhər şurasının maliyyə və iqtisadi məsələlərə cavabdeh olan üzvü Peter Hanke mətbuat konfransı zamanı bildirib ki, gələn ildən paytaxtdakı bütün ev təsərrüfatları, kommersiya istehlakçıları və elektrik stansiyaları “qeyri-Rusiya qazı” ilə işləməli olacaq. Müvafiq olaraq, Wien Energie də bu tələbi yerinə yetirəcək.
Şirkət alternativ təchizatçılardan cəmi 10 terawatt-saat mayeləşdirilmiş təbii qaz (LNG) enerjisi alıb. Bu, Avstriya paytaxtı sakinlərinin ümumi elektrik istehlakının 12 faizini təşkil edir. Şirkət Rusiyanın enerji resurslarından asılılıqdan xilas olmaq üçün Şimali Afrikadan və dünyanın digər regionlarından yanacaq almağa davam edəcək.
Gələcəkdə şirkət şəhərə verilən yanacağın mənşəyini müəyyən etmək üçün onu yoxlayacaq. Onun nəqlinin Rusiyadan həyata keçirildiyi üzə çıxarsa, Wien Energie bu cür tədarüklərin qarşısını alacaq. Bu işdə, deyildiyi kimi, kommunal müəssisənin işçilərinə yanacağın mənşə ölkəsini göstərən xüsusi sertifikatlar kömək etməlidir. Qeyd olunur ki, bu cür sənədlər blokçeyn texnologiyasına əsaslandığı üçün onları saxtalaşdırmaq olmaz.
Son vaxtlara qədər Avstriya Rusiyanın enerji təchizatından asılılıq səviyyəsinə görə bütün Avropa İttifaqı (Aİ) ölkələri arasında liderlərdən biri idi. Ölkənin Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ilin birinci yarısında Vyana idxal olunan bütün qazın 88,5 faizini Rusiyadan alıb, 2023-cü ildə isə istehlakın əksəriyyətini (98 faizi) Rusiya yanacağı təşkil edib.
2018-ci ildə yerli enerji konserni OMV Rusiya qazının “Qazprom”dan idxalına dair uzunmüddətli müqaviləni 2040-cı ilə qədər uzadıb. Bununla belə, 2024-cü ilin avqustunda hakim Avstriya koalisiyası 2027-ci ilə qədər Rusiya qazının alışının dayandırılmasını yeni təhlükəsizlik strategiyasına daxil etdi. Altı ay əvvəl respublikanın energetika naziri Leonor Gewessler böyük dövlət konsernlərini Rusiyanın enerji tərəfdaşlarının iştirakı ilə razılaşmalardan çıxmaq üçün hazırlıqlara başlamağa çağırıb. Onun sözlərinə görə, OMV ilə Qazprom kimi uzunmüddətli müqavilələr Avstriyanın Rusiyanın enerji idxalından asılılığını azaltmağa kömək etmir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ