İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Afrikanı Qərbin əlindən alır?

Avropa İttifaqı keçən həftə baş vermiş hərbi çevrilişdən sonra Nigerə maliyyə dəstəyini dayandırır.

Musavat.com xarici agetnliklərə istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib.

O Brüsselin Nigerin yeni hökumətini tanımadığını və hələ də demokratik yolla seçilmiş Məhəmməd Bazumu ölkənin qanuni prezidenti hesab etdiyini söyləyib.

Nigerin müstəqillik əldə etməmişdən əvvəl müstəmləkəsi olduğu Fransa da ayrıca Nigerə yardımı da dayandırdığını bəyan edib.

Fransanın bu ölkəyə ayırdığı vəsait 2022-ci ildə 120 milyon avro təşkil edib və 2023-cü ildə onun artması gözlənilirdi.

ABŞ dövlət katibi Entoni Blinken isə Birləşmiş Ştatların Nigerlə iqtisadi tərəfdaşlığını azaltmaq variantlarını nəzərdən keçirdiyini vurğulayıb. Dövlət katibi iyulun 29-da Məhəmməd Bazum ilə danışdığını desə də, devrilən siyasətçi ilə necə əlaqə saxladığını dəqiqləşdirməyib.

“The New York Times” Nigerdəki hadisələri təhlil edərək Qvineyadan Sudana qədər Afrikadakı bütün çevrilişlərin eyni mərkəzdən qaynaqlandığı qənaətinə gəlib. Qəzet burada tək adres olaraq Kremli göstərib. Məqalədə Afrika ölkələrində siyasi vəziyyətin qeyri-sabitləşməsi Qərbin maraqlarına cavab vermədiyi xüsusi vurğulanıb.

Bir çox Afrika ölkələrində (Mali, Mərkəzi Afrika Respublikası, Burkina Faso və s.) Rusiya silahlı qruplarının, o cümlədən “Vaqner” ÖHŞ-nin rəsmi və ya qeyri-rəsmi mövcudluğu mövcuddur və onlar bu ölkələrin hökumətlərinin “təhlükəsizliyini qorumaq” üçün xidmətlər göstərirlər. Bunun əvəzinə Rusiya həmin ölkələrin təbii sərvətlərinə yiyələnir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR