İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusundan ŞOK PLAN: Ukraynanın Müstəqillik günündə...

Ukrayna torpaqlarında təcavüzkar müharibəyə başlayan Rusiya ordusu avqust ayının 24-də işğal olunmuş Mariupolda ukraynalı hərbi əsirlər üzərində psevdo-məhkəmə keçirməyi planlaşdırır.

Musavat.com Ukrayna agentliklərinə istinadən xəbər verir ki, bu məlumat Mariupol şəhərinin meri Vadim Boyçenko tərəfindən yayılıb.

“Bir vaxtlar ancaq mədəni-kütləvi tədbirlər keçirilən və şəhərin mirvarisi sayılan filarmoniya binasında “əsirlər məhkəməsi” deyilən “tamaşa” təşkil edəcəklər. Təəssüf ki, onların bir çoxu Mariupolda əsir düşən hərbçilərimizdir. Hazırda onlar işğalçıların Mariupol ətrafında yaratdıqları həbsxanalarda saxlanılırlar. Onlar isə bizim bayramımızda, Müstəqillik günündə Mariupolda öz şənbələrini keçirmək istəyirlər”, - deyə mer bildirib.

Merin sözlərinə görə, işğalçılar bu biabırçı hadisəni avqustun 24-nə planlaşdırsalar da, başqa tarixlər də nəzərdən keçirilir.

Boyçenko bütün bunlara səbəb olaraq Rusiya Federasiyasının cəbhədə arzu edilən qələbələri əldə edə bilməməsini göstərib. Ona görə, ruslar bununla heç olmasa hansısa “nailiyyəti” göstərmək istəyirlər.

“Eyni zamanda bu cür hərəkətlər hərbi cinayətdir. Çünki Qızıl Xaç Komitəsi və BMT nümayəndələri ilə əldə olunan razılaşmaya görə, silahı yerə qoyan məhbuslar Ukraynaya təhvil verilməli idi”, - deyə mer vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR