İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusuna zərbə - Döyüşlər intensivləşdi

“Ukrayna əsgərləri rus işğalçılarını məhv etməyə davam edir. Bir neçə gün ərzində Ukrayna Müdafiə Qüvvələrinin uğurlu hücumları nəticəsində düşmən xeyli itki verib”.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində qeyd edilib.

“Müxtəlif təyinatlı 6 ədəd hərbi texnika məhv edilib, 30-a yaxın hərbi qulluqçu yaralanıb. Müdafiə qüvvələrinin tədbirləri nəticəsində Zaporojye vilayətinin Poloqa və Çerniqovka yaşayış məntəqələri ərazilərində 80-ə yaxın işğalçı yaralanıb. Ölən işğalçıların sayı dəqiqləşdirilir”, - deyə məlumatda qeyd edilib.

Bundan başqa, Xerson rayonunun Qolay Pristan kəndində düşmənin 30-a yaxın zədələnmiş hərbi texnikasının təmir edildiyi qeydə alınıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR