İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus oliqarxın yaxtası Vladivostok sakinlərini həm heyrətləndirdi, həm də hiddətləndirdi  

 

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə bilinən milyarder Mordaşovun 142 metrlik yaxtası sanksiyalardan gizlənərək Vladivostoka gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “news.vl” saytı məlumat yayıb.

Qiyməti 300 milyon dollardan çox olan "Nord" superyaxtası sanksiyalardan yayınaraq Vladivostok sahillərinə yan alıb . Gəmi ilə bağlı Avropa Birliyi ölkələrinin həbs qərarı mövcuddur. Bu səbəbdən superyaxtanı müxtəlif ölkələrin limanları ilə gizli şəkildə qaçırmağı bacarıblar. Səkkiz ay ərzində yaxta harada olduğu ilə bağlı məlumatlarını heç bir yerə ötürməyib və yalnız bu ilin iyunun 12-də İndoneziya sahillərində olduğunu bəlli edib.

Bir il əvvəl Mordaşov yaxtanı Rusiyada yenidən qeydiyyatdan keçirib. Bundan əvvəl gəmi Kayman adalarının bayrağı altında üzürmüş. “Nord” rus milyarderlərə məxsus ən böyük yaxtalardan sayılır.

Vladivostok sakinləri paytaxt Primorye  illik büdcəsindən baha başa gələn gəminin gəlişini müzakirə edirlər. Onlar hesablarına görə hətta əgər hər ay 200 min rubl ayrılsa belə (ki bu Rusiya üçün kifayət qədər böyük məbləğdir) belə bir yaxtaya qənaət etmək üçün 10 min il lazımdır. “Sadəcə insanlar bu qədər pulu haradan əldə edirlər?”,-deyə sakinlər hiddətlərini gizlədə bilməyiblər.

Primorye sakinlərinə görə insanların sevinclə önündə şəkil çəkdirdiyi möhtəşəm yaxta  xəstəxanalar, məktəblər, uşaq düşərgələri, körpülərin tikintisindən oğurlanan pulların hesabına tikilib.

Aleksey Mordaşov 2021-ci ildə Forbes jurnalına görə Rusiyanın ən varlı adamına çevrilib. Müharibə başlayandan sonra o, da digər kremlpərəst iş adamı kimi ciddi  sanksiyalara məruz qaldı. 2022-ci ilin martında İtaliyada milyarderin 65 metrlik yaxtası və şəxsi çimərliyi olan villası müsadirə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR