İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus hərbçiləri indi də İrəvandan çıxır - ŞOK PLAN masada! Sülhəddin Əkbərlə CANLI

Rusiya mediası, o cümlədən Kremlin nəzarətindəki saytlar və agentliklər Ermənistanın radikal müxalifətinə gen-bol informasiya dəstəyi verirlər”. Politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu media radikalları Baş nazir Nikol Paşinyanı devirmək çağırışlarını, sərhəddəki insidentləri geniş şəkildə işıqlandırır və müxalifət nümayəndələrinin açıqlama və bəyanatlarını yayırlar:
“Bunu belə başa düşmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşma və sərhədlərin müəyyənləşməsi Kremlin maraqlarına ziddir. Çünki Bakı ilə İrəvan arasında razılaşmalar Rusiyanın nəzarətindən kənarda – birbaşa danışıqlarda əldə edilir. Kremlin narahatlığının səbəbi bəllidir. İki ölkə arasında sərhədlər müəyyənləşdikcə Azərbaycan və Ermənistan sülh və ya çərçivə sazişinin imzalanmasına yaxınlaşırlar”.

Politoloq deyib ki, Azərbaycan-Ermənistan arasında sülh və ya çərçivə sazişinin imzalanması gələcəkdə Ermənistanda Rusiya hərbçilərinin varlığını sual altına qoyacaq: “Nikol Paşinyan rusiyalı hərbçiləri hələlik Zvartnos hava limanından çıxarmaq istəyir. Amma Türkiyə ilə razılaşma əldə edilərsə, bu ölkə ilə sərhəddə də rusiyalı hərbçilərə ehtiyac qalmayacaq. Kreml bu gedişata mane olmaq istəyir”.
Azərbaycanın tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqları Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə hesablanıb. Musavat.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında deyib.

Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə təhdid törədən mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumat verib.
Xarici işlər naziri habelə delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıqların da nümayiş etdirdiyi kimi qarşılıqlı şəkildə qəbul oluna bilən nəticələrin əldə edilməsi baxımından ən effektiv və uğurlu xətt kimi özünü doğrultduğu bildirilib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu milli siyasət üzrə ekspert Sülhəddin Əkbərlə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR