Onlayn ictimai-siyasi qəzet
“Rossotrudniçestvo” qurumu ilə Azərbaycan hökuməti hazırda Bakıda “Rus evi”nin fəaliyyətinin bərpası istiqamətində danışıqlar aparır.
Musavat.com-un xəbərinə görə, bu barədə agentliyin rəhbər müavini Pavel Şevtsov “RİA Novosti”yə açıqlama verib.
Şevtsovun sözlərinə görə, tərəflər konsensus tapmaq üçün əlaqə saxlayır və Rusiya ümid edir ki, Prezident Vladimir Putin və Prezident İlham Əliyev arasında keçiriləcək görüşün nəticəsində məsələ müsbət həllini tapacaq.
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ