İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus əsirlər Putinə YALVARDI: Bizi “Azov”la dəyişin! CANLI

Rusiya prezidentinin köməkçisi, Rusiya Dövlət Şurasının katibi, general-polkovnik Aleksey Dyumin Kursk istiqamətində Ukrayna qüvvələri ilə döyüşən "Şimal" qruplaşmasının koordinatoru təyin edilib.

Bu barədə Rusiya prezidenti Vladimir Putin qərar verib. Bildirilib ki, A.Dyumin artıq Kurska ezam olunaraq, vəzifəsinin icrasına başlayıb.

Bununla yanaşı, Kremlə yaxın mənbələr general-polkovnikin regiondakı hərbi birləşmələrə bilavasitə rəhbərlik etməyəcəyi, sadəcə nəzarət funksiyasını yerinə yetirəcəyi açıqlanıb.
Ehtimal olunur ki, qərarın verilməsinə bölgədəki gərgin vəziyyət səbəb olub. Başqa bir iddiaya görə isə Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı ordu birləşmələrinin komandanı qismindəki səlahiyyətləri əlindən alınıb.

Ukrayna Silahlı Qüvvələri Lqov yaxınlığında Kursk vilayətinin Federal Penitensiar Xidmətinin bir qrup əməkdaşını əsir götürüb. Qeyd edək ki, Lqovda böyük ümumi rejimli IK-3 koloniyası var.
“Kursk vilayəti də Rusiyanın hər hansı digər sərhəd bölgəsi kimi, Ukraynadakı müharibəni dəstəkləyir”. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Kurskda davam edən hücum əməliyyatını şərh edərkən deyib. Podolayk qeyd edib ki, Rusiya bu müharibədə bütün yazılan və yazılmayan qaydaları, qanunları pozub: “Bu, müharibə qaydalarına riayət olunmayan müharibədir... Rusiya öz ərazilərində artilleriya, MLRS, kiçik aviabazalar, ballistik raket buraxılışı qurğuları yerləşdirərək, oradan başqa ölkənin mülki əhalisinə irimiqyaslı hücumlar üçün istifadə edir”.
Podolyak əlavə edib ki, Rusiya hakimiyyəti onların ərazilərinin toxunulmaz olduğuna inanırdılar. Ancaq Ukrayna hazırda bunun belə olmadığını göstərdi. Podolyak eyni zamanda, dolayısı ilə Kursk əməliyyatının iki əsas məqsədinin olduğunu qeyd edib: "Birincisi, həmin yerüstü əməliyyatlarla (Rusiyanın)müharibə infrastrukturunun məhv edilməsi. İkincisi, Rusiyanın dərinliklərinə genişmiqyaslı və müntəzəm zərbələr endirmək”. Podolyak bildirib ki, bunun üçün çoxlu raketlər və Rusiya Federasiyası ərazisində bu raketlərin istifadəsinə Qərb tərəfindən qoyulan qeyri-rəsmi qadağaların aradan qaldırılması lazımdır.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Aqşin Kərimovla Kursk müharibədini müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR