Onlayn ictimai-siyasi qəzet
Rumıniya prokuraturası prezidentliyə namizəd Corcestkunun işi ilə bağlı 18 nəfəri saxlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Aktual24" məlumat yayıb.
Hüquq-mühafizə orqanları, həmçinin hərbi təlimçi və muzdlu Horatsiu Potra onun oğlu Dorian Potra və ailənin başqa bir üzvü üçün qiyabi həbs orderi tələb edib.
Onlar konstitusiya quruluşuna qarşı cinayət cəhdi, silah və sursat dövriyyəsi qaydalarının pozulması, pirotexniki vasitələrin qanunsuz dövriyyəsi və ictimai təxribatda ittiham olunurlar.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ