Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Katibi Marko Rubio Ukraynanın Rusiya ilə potensial sülh danışıqlarında iştirak haqqına tam malik olduğunu bəyan edib.
Musavat.com "The Wall Street Journal" istinadən xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransının kuluarlarında keçirilən qeyri-rəsmi görüş zamanı Rubio ukraynalı həmkarı Andrey Sibihaya Vaşinqtonun Kiyevi Rusiya ilə danışıqlardan çəkindirmək niyyətində olmadığını bildirib. O vurğulayıb ki, ABŞ Ukraynanın suveren qərarlarına hörmət edir və sülhə aparan istənilən diplomatik təşəbbüsə mane olmaq fikrində deyil.
Rubio həmçinin qeyd edib ki, Ukraynanın danışıqlar masasında iştirakını məhdudlaşdırmaq “strateji baxımdan böyük səhv və ağılsız addım” olardı. Bu açıqlama Qərb ölkələri arasında Ukraynanın gələcək sülh danışıqlarındakı rolu ilə bağlı gedən müzakirələr fonunda diqqət çəkib.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik və geosiyasi məsələlərin müzakirə olunduğu aparıcı qlobal platformalardan biridir. Konfrans çərçivəsində Ukraynanın müdafiəsi, Qərbin dəstək strategiyası və müharibənin mümkün diplomatik həll yolları geniş müzakirə olunur.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ