Onlayn ictimai-siyasi qəzet
Erməni prodüseri Ruben Mxitaryan Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanı sosial mediada çox aktiv olmalarına görə tənqid edib. Mxitaryan onların bütün günü internetdə vaxt keçirməklə məşğul olduqlarını və reytinqləri artırmaq üçün müxtəlif videolar və postlar paylaşdıqlarını vurğulayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Hraparak” qəzeti Paşinyan ailəsinin sosial mediada aktivliyini ironiya ilə yazıb. Məsələn, bazar günü Paşinyan həyat yoldaşının mətbəxdə dolma bükdüyünü çəkib, sonra ailəvi olaraq Paracanovun “Narların rəngi” filmini izləyib və “Sayat-Nova”da qəhvə içiblər.
Qəzet Mxitaryana Paşinyanın bloqçuluqla məşğul olmasına necə yanaşdığını soruşub. Mxitaryan bu suala belə cavab verib: "O, əsl TikTokerdir."
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ