İnsanlara hürriyət, millətlərə istiqlal!

“Röya xanım belə bu sadəliyi edirsə, sən necə etməyəsən?”

“Elza xanım çox dəyərlidir. Yaşca, sənətcə ona söz deməyə haqqım çatmaz. Öz fikrimi səsləndirim. İnsana “zibil” demək nə dərəcədə doğrudur? Hər birimizi Allah yaradıb”.

Bu sözləri “Gün ortası” verilişində müğənni Aysun İsmayılova Əməkdar artist Elza Seyidcahanın “Şou-biznesə gələnlər zir-zibillərdir, onları süpürmək lazımdır” açıqlaması haqqında deyib:

“Orada bəziləri deyir. Kim özünü zibil sayırsa, öz üzərinə götürər. Mən özümü zibil saymadığım üçün üstümə götürmürəm. Yəqin ki, ağlında kimsə var, ad çəkməmək üçün elə deyib, yenə də zibil sözü demək etik deyil. İnsana elə deyilməz. Pis musiqi deyə bilər, bəyənmədiyini deyə bilər, geyim zövqünü, səs rəngini bəyənməz. Lakin insana zibil demək etik qaydalardan uzaqdır. Elza xanımdan gözləməzdim. Ona böyük hörmətim var”. 

Aysun həmçinin müğənnilərin kateqoriyalara bölünməsindən söz açıb:

“Mənim gözüm uzağı görmür. Sən yaxınımda olsan, salamlaşaram. Lakin uzaqdasansa, necə qaçım salamlaşım? Mən hamınızın, şou-biznesin içində böyümüşəm, nəyə ulduzluq xəstəliyi edim? Şou-biznesin içində böyüyən adamam. Anama görə, hamını görmüşəm, kimə nə pislik etmişəm? Mənə çatmır bu kateqoriyalar. Elə bil, sürücülük vəsiqəsidir, A, B, C deyə bölürlər. Kimə görə, nəyə görə? Hamının bir tamaşaçısı var. Mənim tamaşaçıma görə mən birinci sıradayam. Bunu kim bölüb? Bu bölgünü kim edib? Nəzər alaq ki, “A klass” deyirsiniz, əslində saxta deməkdir. Məşhur brendlərin feyklərinə “A klass” deyirlər. Mən Röya xanımı çox sevirəm. Ən azından yeni çıxan 3-4 mahnı oxuyandan sonra ulduzluq xəstəliyinə tutulurlar. Ölkənin Xalq artistidir Röya xanım. Amma kimi görürsə, “qızım”, “quzum” deyə müraciət edir. Röya xanım belə bu sadəliyi edirsə, sən necə etməyəsən?”.  (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR