Onlayn ictimai-siyasi qəzet
Uzun illərdir küsülü olan Xalq artisti Röya Ayxan və müğənni Elnur Məmmədov barışıb.
Musavat.com xəbər verir ki, məclislərin birində bir araya gələn müğənnilər küsülülüyə son qoyub.
Elnur birlikdə çəkdirdikləri fotoları yayımlayaraq "Röya, Elnur... 25 illik dostluq" şərhini yazıb.
Qeyd edək ki, Röya ilə Elnur Məmmədovun münasibətləri illər əvvəl "Dəniz" mahnısına görə pozulub.
Röya açıqlamalarından birində Elnur haqda "Vaqif Gərayzadənin komandasında bir nəfərdən zəhləm gedir. Ömrümün axırına kimi ona nifrət edəcəyəm" demişdi.
Könül
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ