İnsanlara hürriyət, millətlərə istiqlal!

Rostov və Varonejə hücum: Qırıcılar HAVAYA QALDIRILDI - Zelenskidən savaşı bitirmək üçün SİRLİ PLAN

Gecə saatlarında Rusiyanın Rostov vilayətində neft və Voronej vilayətində silah-sursat anbarlarına PUA hücumu olub.

Gecə Rostovda 4 PUA vurulub. Yerli hakimiyyət orqanlarının ilkin məlumatına görə, itki yoxdur. Hücumdan sonra neft məhsullarının saxlanması üzrə ixtisaslaşan, həmçinin Rusiya ordusunu neft məhsulları ilə təmin edən “Atlas” neft anbarında yanğın başlayıb.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə son qoymaq üçün ABŞ-a "Qələbə Planı"nı təqdim etməyə hazır olduqlarını açıqlayıb.

Musavat.com "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, müəmmalı plan barədə təfərrüat verməkdən imtina edən Ukrayna lideri Kursk əməliyyatının hələ başlanğıc olduğunu bildirib.

O, planın ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp, eləcə də Baydenlə paylaşılacağını açıqlayıb.

Qeyd edək ki, Ukrayna bu ayın əvvəlində başlatdığı Kursk əməliyyatı çərçivəsində irəliləməyə davam edir. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski son açıqlamasında Rusiyanın Kursk vilayətində 1294 kvadratkilometr əraziyə və 100 yaşayış məntəqəsinə nəzarət etdiklərini açıqlayıb.

Sırski paytaxt Kiyevdə keçirilən "Ukrayna 2024. Müstəqillik" forumundakı çıxışında ölkəsinin 3 həftə əvvəl Kurskda başlatdığı hərbi əməliyyatı dəyərləndirib. O, Kurskda irəliləməyə davam etdiklərini və 594 rus əsgərini əsir götürdüklərini açıqlayıb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Fikrət Yusifovla müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR