Onlayn ictimai-siyasi qəzet
"Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu sosial şəbəkələrdə təhdidlər almasına görə şəxsi mühafizəsini gücləndirib.
Məlumata görə, Səudiyyə Ərəbistanında olduğu güman edilən bir qrup şəxs futbolçuya və ailəsinə qarşı oğurluq və şantaj təhdidləri edib. Bunun qarşısını almaq üçün Ronaldu, yüksəkriskli hərbi əməliyyatlarda iştirak təcrübəsi olan portuqaliyalı keçmiş hərbçi Klaudio Migel Viazı yeni şəxsi mühafizəçi kimi işə götürüb.
Xatırladaq ki, Ronaldu 2022-ci ilin sonunda "Ən-Nəsr"ə transfer olunub. 40 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 35 oyun keçirib, 32 qol vurub və 4 asist ilə yadda qalıb. Onun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.//Oxu.Az
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ