İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ronaldonu "Atletiko"da, özümü isə "Real"da görmürəm"

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun komandasına mümkün keçidi və "Real"la bağlı danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Mən heç vaxt Kriştiano Ronaldo ilə "Atletiko"ya keçmək barədə danışmamışam. Özümü "Real"da baş məşqçi görmədiyim kimi Ronaldonu da "Atletiko"da görmürəm”.

Qeyd edək ki, Simeone 23 dekabr 2011-ci ildən "Atletiko"nu çalışdırır. K.Ronaldo isə 2009-2018-ci illərdə "Real"da oynayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR