İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo "Qızıl top" mərasiminə qatılacaq - 5 ildən sonra

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo "Qızıl top" mərasiminə qatılmağı planlaşdırır.

Qol.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. 37 yaşlı futbolçu sonuncu dəfə 2017-ci ildə 5-ci "Qızıl top"unu qazananda mərasimdə iştirak edib.

Tədbir oktyabrın 17-də Parisdə keçiriləcək. Portuqaliya millisinin üzvü də ilkin açıqlanan namizədlər sırasındadır.

Qeyd edək ki, Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində 11 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR