Onlayn ictimai-siyasi qəzet
İran-İsrail gərginliyi və müharibənin başlaması ehtimalıdan Asiya Futbol Konfederasiyası İranda keçiriləcək oyunları ləğv edib.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
Qeyd olunub ki, Tehranın “İstiqlal” klubu ilə Səudiyyə Ərəbistanın “Əl-Nəsr” komandası Dubayda qarşılaşacaq.
İran Futbol Federasiyası da Asiya Futbol Konfederasiyasına müraciət edərək, oyunlara ev sahibliyi etmək istədiyini vurğulayıb.
Bildirilib ki, artan gərginlik səbəbindən “Əl-Nəsr” klubu və oyunçuları, eləcə də komandaya yeni transfer olan Kriştiano Ronaldo Tehrana səfər etməkdən imtina edib.
Konfederasiya qeyd edib ki, İranın şəhərləri Asiya komandalarına və yarışlara ev sahibliyi etmək üçün təhlükəsiz deyil.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ