İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo "Fənərbağça"ya gəlir? - Mourinyo nöqtəni qoydu

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo barədə danışıb.

O bu barədə "Beşiktaş"la derbi öncəsi mətbuat konfansında jurnalistlərə açıqlama verib.

Mütəxəssis ulduz futbolçunun "Fənər"ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib:

"Birinci səbəb odur ki, mənə hücumçu lazım deyil. Kriştianu həmişə Kriştianudur, amma ona ehtiyacım yoxdur. Çünki hücumçularımdan razıyam. Ronaldo Səudiyyə Ərəbistanında yaxşı pul qazanır və hədəfi 1000-ci qolu vurmaqdır. Kriştianunu İstanbulun gözəlliyindən başqa heç nə maraqlandırmaz"./Milli.Az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR