Onlayn ictimai-siyasi qəzet
Rusiyada demoqrafik böhran və azalan doğum səviyyəsi fonunda hakimiyyət ailə institutunu gücləndirmək üçün yeni təşəbbüslə çıxış edib.
Musavat.com xəbər verir ki, Dövlət Dumasında məktəblərdə “ailə həyatının psixologiyası” adlı fənnin tədris olunması təklif edilib.
Deputatların fikrincə, gənclərin ailə qurmağa və valideynlik məsuliyyətini dərk etməyə psixoloji baxımdan kifayət qədər hazır olmaması ölkədə əhalinin azalmasının əsas səbəblərindən biridir. Yeni dərs proqramı məhz bu problemi aradan qaldırmağa yönəlib.
Layihənin məqsədi ailə dəyərlərini möhkəmləndirmək, gənclərə nikah və valideynliklə bağlı biliklər aşılamaqdır. Parlament üzvləri hesab edirlər ki, bu addım boşanma hallarının qarşısını almağa və doğum səviyyəsini artırmağa töhfə verə bilər.
Musavat.com
20 Oktyabr 2025
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ