Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, tanınmış bloger Roman Baqdasaryan Tv Musavatın canlı yayımında çıxış edib.
O, tanınmış ekspert, REAL funksioneri Natiq Cəfərli ilə birgə aparıcı Sevinc Telmanqızının layihəsində debat aparıblar.
Efirin gedişində bir neçə dəfə "artsax" kəlməsi işlədən Romana dinləyicilər irad tutublar. S. Telmanqızı ona xitabən dinləyicilərin iradını çatdırıb: "Azərbaycanda elə bir yer adı yoxdur, siz niyə "artsax" ifadəsi işlədirsiz?"
Roman Bağdasaryan deyib: "Siz də bayaqdan studiyadasınız. Özünüz görürsünüz ki, efir başlayandan Roma (yəni özü) "Qarabağ" ifadəsi işlədir. Sadəcə arada dil sürüşməsi olur, bu da sırf avtomatikdir. Bizim 30 ildir leksikonumuzda "artsax" sözü var. Amma mən və Ermənistan hökuməti Azərbaycanın xəritəsinə də, toponimlərinə də hörmət edirik. Öz ərazinizi siz necə adlandırırsınızsa, biz də o cür qəbul edirik. Ümid edirəm, sizdə də elədir. Təmaslar artdıqca, bütün bunlar aradan qalxacaq".
Musavat.com bildirir ki, debat yüksək tirajlı olub və Roman Baqdasaryanın konstruktiv mövqeyi müşahidə olunub.
Həmin hissəni və verilişin tamamının linkini təqdim edirik.
Verilişin tam variantı:
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ