İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma Papası Ukraynaya səfər edə bilər

Papa Fransisk Ukraynaya getməyə hazır olduğunu təsdiqləyib.

Musavat.com APA-ya istinadən bildirir ki, lakin Papa Fransisk bu səfərin mümkün olub-olmayacağını bilmir.

Təyyarədə jurnalistlərə açıqlama verən pontifik bildirib ki, Kiyevə səfərin mümkünlüyü ilə bağlı suala o, səmimi cavab verib.

"Bir neçə nəfər məndən Ukraynaya səfərimlə bağlı sual soruşdu. Mən səmimi şəkildə buna həmişə hazır olduğumu bildirdim. Səfər üçün bütün zəruri prosedurlar hazırdır. Amma mən bilmirəm ki, bunu etməliyəm ya yox. Ən düzgününün hansı olduğunu bilmirəm",- deyə Roma Papası bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR