İnsanlara hürriyət, millətlərə istiqlal!

Robert Köçəryan “xortladı” və...

Dünən Ermənistanın ikinci prezidenti Robert Köçəryan parlamentin “Ermənistan” fraksiyasının deputatları ilə görüşüb.

Musavat.com xəbər verir ki, bunu Ermənistan mediasına açıqlamasında fraksiya deputatı Aqnes Xamoyan deyib.

O qeyd edib ki, fraksiya deputatları mütəmadi olaraq “Ermənistan” blokunun rəhbəri Robert Köçəryanla görüşür. “Dünən biz müxtəlif məsələləri müzakirə etdik”, - Xamoyan bildirib.

İstisna deyil ki, Köçəryanın “xortlaması”nın timsalında revanşistlərin aktivləşməsi Azərbaycanla danışıqların həlledici mərhələyə çatmasından irəli gəlir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR