İnsanlara hürriyət, millətlərə istiqlal!

Rişi Sunak Baş nazir kimi ilk dəfə çıxış edib

Rişi Sunak iqamətgahı qarşısında Baş nazir kimi ilk dəfə çıxış edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Böyük Britaniyanın yeni Baş naziri “Dauninq Strit” küçəsindəki iqamətgahı qarşısında ilk dəfə çıxış edib.

O, ölkənin dərin iqtisadi böhranla üz-üzə qaldığını, COVİD-in təsirlərinin hələ də görüldüyünü və Putinin Ukraynada təhlükə yaratdığını söyləyib.

Rişi Sunak çıxışında Liz Trassın dəyişiklik yaratmaq üçün həvəsli olduğunu, lakin bəzi səhvlərə yol verdiyini deyib. O, bildirib ki, bunlar pis niyyətlə edilən səhvlər olmasa da, bununla belə, yenə də səhvdir.

“Məni bunları düzəltmək üçün partiyanın lideri və Baş nazir təyin etdilər və bu iş indi başlayır. Ölkəmizi sözlə deyil, əməllə birləşdirəcəyəm” deyə o, çıxışında qeyd edib.

Rişi Sunak iqtisadi sabitliyi təmin edəcəyini deyib, ancaq bildirib ki, bu həm də çətin qərarlar deməkdir.

Qeyd edək ki, 42 yaşlı Rişi Sunak vəzifəyə seçilərək Britaniya tarixində müasir dövrün ən gənc Baş naziri olub. O bu gün Kral III Çarlz tərəfindən Baş nazir kimi təsdiq olunub.

Rişi Sunak Britaniyanın ilk Asiya mənşəli (British- Asian) hökumət başçısı və həmçinin, monarxdan da zəngin olan ilk Baş naziridir. O, Akşata Murti ilə evlidir. Rişi Sunak və xanımının birgə sərvətinin təxminən 730 milyon funt-sterlinq (830 milyon dollar) dəyərində olduğu deyilir.

Akşata Murti, "İnfosys" IT şirkətinin həmtəsisçisi, hindistanlı milyarder Narayana Murtinin qızıdır. Akşatanın sərvətinin 500 milyon funt sterlinq olduğu bildirilir.

Cütlüyün Kensinqtonda 7 milyon funt sterlinqlik bir evi də daxil olmaqla ən azı dörd mülkə sahib olduğu bildirilir.

Aytən ABBASLI,
APA

6357c5ec944ae16666966836357c930dedd26357c930dedd316666975196357c930dedd06357c930dedd1.jpeg (353 KB)

6357c5ed501f316666966836357c931b405f6357c931b406016666975196357c931b40596357c931b405d.jpeg (268 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR