İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Xaçikyan: Türkiyəni yalnız Rusiya və İranın müttəfiqliyi durdura bilər

Ermənistanda indiki proseslər davam edən kapitulyasiyadır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Stenford Universitetinin politologiya üzrə doktoru Artur Xaçikyan baş nazir Nikol Paşinyan türkiyəli jurnalistlərlə söhbətində verdiyi bəyanatlara münasibət bildirərkən deyib.

“İndi reallıqda baş verənlərə münasibətlərin normallaşması prosesi kimi baxmaq olmaz – bu, təslim olmaqdır. Hər şeyi təslim etməklə düşmənlə münasibət qurmaq çətin deyil. Paşinyanın təklif etdiyi kimi, “erməni soyqırımı”nın (qondarma-red.) tanınması ideyasından imtina etməklə biz (ermənilər-red.) öz təhlükəsizliyimizi riskə atmış oluruq”, – deyə o, qeyd edib.

Onun sözlərinə görə, belə bir şəraitdə Türkiyə sabah Ermənistanın qalıqlarını məhv etmək istəsə, bunu maneəsiz həysts keçirəcək.

“Rusiya və İran arasında müttəfiqlik Türkiyənin iştahını cilovlaya bilər”,- deyə revanşist görüşləri ilə tanınan erməni ekspert qeyd edib. Onun fikrincə Azərbaycan, İsrail, ABŞ və Böyük Britaniya Türkiyənin tərəfində olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Mart 2025

BÜTÜN XƏBƏRLƏR