İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist deputatla polis arasında dava düşdü

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında “Vətən uğrunda Tavuş” hərəkatının etiraz aksiyası zamanı keçmiş deputat Gevork Petrosyanla erməni polis zabiti arasında dava düşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, polis əməkdaşı binanın qarşısında toplaşanları asayiş keşikçilərini təhqir etməməyə çağırıb.

“Mən səninlə mübahisə etmək istəmirəm. Mən bu qanunu dəfələrlə öyrənmişəm, siz onu təhrif edirsiniz”, - deyə polis Petrosyana müraciət edib.

“Sən mənimlə müzakirə etmək üçün çox “kiçik” adamsan. Həm yaşı, həm də biliyi ilə “kiçik””, - deyə keçmiş deputat bildirib.

Bundan sonra onların arasında dava düşüb, araya girənlər onları birtəhər sakitləşdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR