İnsanlara hürriyət, millətlərə istiqlal!

“Reuters”: “ABŞ Ukrayna Ordusunun durumu ilə bağlı sızan sənədlərin doğruluğunda şübhələnir”

Anonimlik şərti ilə iki ABŞ rəsmisi Ukrayna Silahlı Qüvvələrinin (USQ) vəziyyəti ilə bağlı sosial şəbəkələrdə dərc olunan gizli sənədlərin saxta ola biləcəyini etiraf edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, sənədlər müstəntiqləri çaşdırmaq və ya ABŞ-nin maraqlarına zərər vermək üçün saxtalaşdırıla bilər. Eyni zamanda, sənədlərin doğruluğunun müstəqil yoxlanılmasının hələ də aparılmadığı vurğulanıb.

“Reuters” mənbələri hesab ediblər ki, sənədlərdə əks olunan mövzuların dərinliyi sızmanın bir amerikalıdan gəldiyini göstərir. Hazırda ABŞ rəsmilərindən birinin sözlərinə görə, müstəntiqlər məlumatın sızmasının səbəblərini incələyirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR