İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçılar Partiyasının ilkin seçkilərində Trampa daha bir rəqib çıxdı

 

Cənubi Karolinanın keçmiş qubernatoru və ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli gələn ilin noyabrında keçiriləcək seçkilərdə ABŞ-ın prezidentliyinə namizədliyini rəsmən açıqlayıb.

Musavat.com xəbər verir ki, Heylinin ilk kampaniya mitinqi Cənubi Karolina ştatının Çarlston şəhərində keçirilib. O, çıxışında ABŞ-a yeni nəsil siyasətçilər rəhbərlik etməli olduğunu vurğulayıb.

51 yaşlı Heyli keçmiş prezident Donald Trampdan sonra Respublikaçılar Partiyasından prezidentliyə ikinci namizəd olub. Sonuncu, ötən ilin payızından seçki kampaniyasına başlayıb.

Heyli daha əvvəl Trampla rəqabət aparmayacağını desə də, fikrini dəyişib. Trampın dövründə keçmiş qubernator, ABŞ-ın BMT-dəki səfiri vəzifəsində də çalışıb və sabiq prezident Ağ Evi tərk etdikdən sonra onunla yaxşı münasibət saxlayıb.

Nikki Heyli xarici siyasət məsələlərində  Çin və Rusiyaya "qarşılıq verəcəyinə" söz verib.  Xanım namizədin sözlərinə görə, "hündürdaban ayaqqabı ilə yerə zərbə həmişəkindən daha sərt səslənir". Qeyd edək ki, Respublikaçılar partiyası tarixində heç vaxt qadın namizəd olmayıb.

Anketlər indiyə qədər Heyliyə yalnız 4 faiz dəstəyə malik olduğunu göstərir. Respublikaçıların 43%-dən çoxu Trampı dəstəkləməyə hazırdır. Digər 31% isə Florida qubernatoru Ron DeSantisin tərəfindədir, lakin o, hələlik namizəd olmaq niyyətini açıqlamayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR