İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçılar Meksikaya qoşun göndərməyi təklif edir - narkokartellərlə mübarizə üçün

ABŞ-ın getdikcə daha çox respublikaçı siyasətçiləri narkotik kartelləri ilə mübarizə aparmaq üçün Meksikaya qoşun göndərməyi təklif edirlər.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, bəzi respublikaçıların Meksikada ordudan istifadə ideyasını açıq şəkildə dəstəkləməyə hazır olmasının səbəbi immiqrasiyadan narazılıq və narkotiklərdən ölüm nisbətinin yüksəkliyidirr. Qəzetə görə, 2021-ci ildə demək olar ki, 71 min amerikalı Meksikadan qaçaqmalçılıq yolu ilə gətirilən sintetik opioid olan fentanilin həddindən artıq dozası nəticəsində ölüb.

Qanunvericilər Den Krinşou və Maykl Uolts bu il Meksikada narkotik kartellərinə qarşı hərbi güc tətbiqinə icazə verməyi təklif edb. Ağ Evin keçmiş sahibi Donald Tramp isə prezidentliyinin son həftələrində Meksikaya xüsusi təyinatlılar göndərilməsi və ya kartel liderlərinə qarşı kibermüharibə aparması barədə mülahizə irəli sürüb. Amma Demokrat Partiyasından olan siyasətçilər bu cür təşəbbüslərə qarşı çıxırlar.

Martın 11-də Meksikanın xarici işlər naziri Marselo Ebrard bildirib ki, ABŞ-da narkotiklərə yüksək tələbat, eləcə də Meksikada silahların yayılması onun ərazisində narkotik kartellərinin fəaliyyətinin artmasına səbəb olur. Meksika prezidenti Andres Manuel Lopez Obrador da mart ayında ABŞ qanunvericilərinin Meksika ərazisində narkokartellərlə mübarizə üçün ABŞ ordusundan istifadə etmək çağırışlarını pisləyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR