İnsanlara hürriyət, millətlərə istiqlal!

RƏSMİ - "Brüsselin ən nüfuzlu qadını" vəzifəsini TƏRK EDİR

NATO-nun ən uzunmüddətli sözçüsü olan, bu vəzifəni tutan ilk qadın Oana Lungesku iyul ayında NATO-nun Vilnüs sammitindən sonra vəzifəsini müavini Dilan Uayta təhvil verəcək.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Lungesku sosial media hesabında postunu tərk edəcəyini açıqlayıb.

“NATO-nun sözçüsü kimi fəaliyyət göstərən ilk qadın olan Oana Lungesku ən gərgin dövrdə alyansın kommunikasiyalarını idarə etdikdən sonra vəzifəsini tərk edir. BBC-dəki uzun karyerasından sonra 2010-cu ildə keçmiş baş katib Anders Foq Rasmussen tərəfindən təyin edilən və 2014-cü ildə Yens Stoltenberq tərəfindən yenidən bu vəzifədə saxlanan Lungesku eyni zamanda NATO-nun ən uzunmüddətli sözçüsü və yaxın tarixdə bu vəzifəyə təyin edilən ilk jurnalistdir. İyulun ortalarında keçiriləcək NATO-nun Vilnüs Sammitindən sonra o öz vəzifələrini müavini Dilan Uayta təhvil verəcək” - məlumatda bildirilir.

NATO-nun rəsmi saytındakı məlumata görə, Lungesku NATO-nun 24/7 media əməliyyatlarını koordinasiya edir, həmçinin alyansın bütün əsas tədbirlərinin, o cümlədən sammitlər və nazirlərin görüşlərinin media aspektlərini planlaşdırır və idarə edir. Lungesku, həmçinin NATO Baş Katibinin və Baş Katib müavininin bütün çıxışlarına cavabdehdir. Lungesku bu vəzifəni daşıyan ilk qadın və ilk jurnalistdir.

2016-cı ildə "Politico" nəşri Lungeskunu "Brüsselin ən nüfuzlu qadınlarından biri" adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR