İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rəsmi Bakının Vaşinqtonla münasibətlərini inkişaf etdirməsinə ehtiyac var, əks halda...”- Politoloq

 

“Prezidentin köməkçisi Hikmət Hacıyevin Vaşinqtonda amerikalı rəsmilərlə görüşləri iki ölkə arasında ara verilməyən dialoqun tərkib hissəsidir”.

 Musavat.com xəbər verir ki, bu fikirləri Atlas Araşdırmaları Mərkəzinin rəhbər, politoloq Elxan Şahinoğlu bildirib. O əlavə edib ki, Hikmət Hacıyev növbəti görüşünü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla keçirib: “Vaşinqton Parisdən fərqli olaraq Azərbaycanın Cənubi Qafqazda oynadığı rolu dəyərləndirə bilir. Yeni Kataloniyada baş verənlər fonunda Fransa-Azərbaycan münasibətlərinin daha da gərginləşəcəyini ehtimal etmək olar. Paris birbaşa və Avropadakı imkanlarından istifadə edərək Azərbaycan əleyhinə çirkin niyyətlərini həyata keçirməyə çalışacaq. Odur ki, belə vəziyyətdə rəsmi Bakının Vaşinqtonla münasibətlərini inkişaf etdirməsinə ehtiyac var, əks halda iki cəbhədə diplomatik mübarizə Azərbaycana əlavə çətinliklər yarada bilər”.

Politoloqa görə Vaşinqtondakı görüşdə Azərbaycanla bağlı bir neçə sualın səslənməsi mümkündür: “1.Azərbaycanla Ermənistan arasında sülh və ya çərçivə sazişinin bu il imzalanması nə dərəcədə realdır? 2. Azərbaycan Ermənistanın regional layihələrə qoşulmasına razıdırmı? 3.Rusiyanın danışıqlar prosesini əngəlləməsi mümkündürmü?

Vaşinqton Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlıqda maraqlıdır. Bu, Azərbaycanın maraqları ilə üst-üstə düşür. Bu səbəbdən Vaşinqton prezident İlham Əliyevin irəli sürdüyü “Qafqaz evi” ideyasını dəstəkləməlidir. Çünki bu ideyanın reallaşması Rusiya və İranın bölgəyə təsir imkanlarını minimuma endirəcək. Moskva ilə Tehranın Cənubi Qafqazda fəallığının əleyhinə olan Vaşinqton eyni zamanda Orta dəhliz layihəsinin əleyhinə olmamalıdır”.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR