İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Ankara: Terror təşkilatlarının at oynatdığı yox, demokratik, sabit Suriya görmək istəyirik

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyadakı mövcud Bəşər Əsəd rejiminə cavab verib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib.

O, bildirib ki, Türkiyənin Suriyadakı mövcudluğu bu dövlətin ərazi bütövlüyünün qorunması və orada terror dəhlizinin yaranmasının qarşısının alınması ilə bağlıdır: “Biz terror təşkilatlarının at oynatdığı yox, demokratik, sabit Suriya görmək istəyirik. Prezidentimiz hər cür dialoqa hazır olduğunu bildirib. Bizim Suriya ilə bağlı mövqeyimiz konkretdir”.

Qeyd edək ki, daha əvvəl B.Əsəd Türkiyə ilə dialoqdan imtina etdiyini bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR