İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmən TƏSDİQLƏNDİ - Ukraynadan İrana 50 İLLİK CƏZA

Ukrayna-Rusiya müharibəsinin davam etdiyi bir vaxtda Ukrayna Rusiyaya müxtəlif növ silahlar, eləcə də pilotsuz uçuş aparatları verən İrana qarşı 50 il müddətinə müxtəlif sahələrdə sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, Ukrayna parlamenti sanksiyaların tətbiqinə dair qətnaməni təsdiqləyib.

Ukrayna parlamentinin sədr müavini Yaroslav Jeleznyak sosial media hesabında İrana qarşı sanksiya qərarının yekdilliklə qəbul edildiyini açıqlayıb.

Jeleznyak, həmçinin Ukraynada pilotsuz uçuş aparatları istehsal edən şirkətlərin vergidən azad edilməsinə qərar verildiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR