Onlayn ictimai-siyasi qəzet
Qazandığımız qələbə bizim üçün çox önəmli idi.
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Kəpəz"ə qarşı Misli Premyer Liqasının XXIV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, qələbə qazandıqları oyun barədə danışıb:
"Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Nəticə fərqli də olsaydı, yenə bu fikirdə qalacaqdım. Dünən rəqib komanda oyuna gəlsə də, oyun təxirə salındı. Bu gün də matç bir neçə saat yubandı. "Zirə" azarkeşləri, klubun işçiləri, bir sözlə, hər kəs stadionun qardan təmizlənməsi üçün əlindən gələni edirdi. Qarşılaşmanın gecikməsi isə futbolçuların motivasiyasını aşağı sala bilərdi. Lakin onların hər biri bu gün meydanda "vuruşdular". Qazandığımız qələbə bizim üçün çox önəmli idi. Buna görə futbolçularıma təşəkkür edirəm. "Kəpəz" yaxşı komandadır. İddialı komandalarla layiqli mübarizə aparır".
Qeyd edək ki, XXIV turun "Zirə" - "Kəpəz" oyununda "qartallar" 2:0 hesablı qələbəyə sevinib.
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ