İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edəcək

Noyabrın 14-də, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək.

Musavat.com nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula noyabrın 13-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR