İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır, amma bu, qarşıdakı bir-iki ayda reallaşa bilər.

Bunu “Report”a açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O bildirib ki, görüş üçün idman jurnalistlərindən müraciətlər daxil olub: “Bu müraciətləri sistemləşdirib görüşlər təyin edəcəyik. Çalışacağıq ki, bütün idman jurnalistikası əməkdaşlarını əhatə edə bilək”.

Qeyd edək ki, bu gün Medianın İnkişafı Agentliyi (MEDİA) və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR