İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Hüseynov bu quruma rəhbər gətirildi - FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinə (ATM) yeni direktor təyin olunub.

Musavat.com xəbər verir ki, bu, Rəşad Hüseynovdur.

O, bundan əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini olub və yeni vəzifəsində Firdovsi Fikrətzadəni əvəz edib. 2019-cu ildən ATM-ə rəhbərlik etmiş F.Fikrətzadə iyunun 10-da öz ərizəsi ilə işdən azad olunub.

R.Hüseynov Azərbaycan Dövlət Aqrar Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb, Almaniyanın "Weinhenstephan Triestdorf" Tətbiqi Elmlər Universitetində biznesin idarıə edilməsi, Bonn Universitetində isə Qida və resursların iqtisadiyyatı üzrə magistr dərəcəsi alıb, 2010-2015-ci ildə Bonnda doktorluq işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi ünvanı alıb.

İngilis, alman və rus dillərini bilir. Ailəlidir, üç övladı var.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR