İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib

Abunəçilər artıq Azercell-in Eksklüziv ofisləri ilə yanaşı, diler ofislərində də rəqəmsal şəxsiyyət vəsiqəsilə rahat və operativ xidmətdən yararlana bilərlər

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsini təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC artıq bütün satış və xidmət mərkəzlərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınmasını təmin edib. 16 sentyabr 2024-cü il tarixindən etibarən müştərilər Azercell Eksklüziv ofisləri ilə yanaşı, diler mağazalarında da rəqəmsal şəxsiyyət vəsiqəsi ilə istənilən əməliyyatı həyata keçirə bilərlər. Bunun üçün “mygov” tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu və ya 8 simvollu unikal kodu təqdim etmək kifayətdir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilən bu layihə ilə Azercell abunəçilərinə daha çevik və rahat xidmət göstərməklə yanaşı, məlumat təhlükəsizliyini də yüksək səviyyədə təmin edir.

Xatırladaq ki, sözügedən dəyişikliklər Azercell Eksklüziv ofislərində 02.09.2024 tarixindən etibarən əlçatan olub. Bu yenilik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 16 iyul tarixli Fərmanı əsasında icra edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR