Onlayn ictimai-siyasi qəzet
“Mən doğulanda atam artıq narkotik istifadəçisi olmuşdu. 1990-cı illərin əvvəlləri çətin vaxtlar idi. Həyatım anamla həbsxanalara bağlama daşımaqla keçib”.
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində repçi Paster (Pərviz Quluzadə) deyib.
Uşaqlıq travmalarından danışan repçi qeyd edib ki, atasının həbsxanada ölməsi onun üçün böyük zərbə olub.
O, internetdə yayılan çılpaq şəkillərindən də bəhs edib: “Yaxınlarım zəng edib dedilər ki, narahat olma. Amma bu məsələ məni bir saatlıq olsa da, narahat etdi. Sonra dostlarım gəldilər, bunu gülüş obyektinə çevirdilər”.
Paster aparıcının ona verdiyi “Vətənpərvər olduğunu niyə gizlədirsən?” sualına da cavab verib:
“O qədər “patriot” oldular və bunu elə iyrənc şəkildə göstərdilər ki, mənim kimi insanlar artıq özlərinə vətənpərvər deməkdən utanırlar”.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ