İnsanlara hürriyət, millətlərə istiqlal!

Rekord sayda rusiyalı ABŞ vətəndaşlığı alıb

2022-ci ildə 10 420 rusiyalı ABŞ vətəndaşlığı alıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, son 10 il ərzində rekord göstərici sayılır.

Ekspertlər artımı ötən illərdən gələn prosedurlarla da əlaqələndirirlər. Belə ki, Amerika vətəndaşlığı ABŞ-da yaşayış icazəsi (yaşıl kartlar) aldıqdan 5 il sonra əldə edilə bilər.

2022-ci ildə 9800-dən çox rusiyalı yaşıl kart üçün müraciət edib, onların dörddə birindən çoxu ABŞ Dövlət Departamentinin illik lotereyasında yaşayış icazəsi qazanıb. Həmçinin, ötən il Rusiya vətəndaşlarına 97 ABŞ investisiya vizası verilib ki, bu da əvvəlki illərlə müqayisədə dəfələrlə çoxdur.

Bundan başqa, 33,6 min rusiyalı ABŞ-dan turist vizası alıb, imtina faizi 26% təşkil edib. Müqayisə üçün: Tacikistan vətəndaşlarına imtina 58%, Özbəkistana 47%, Qazaxıstana 44%, Ermənistan və Qırğızıstan vətəndaşlarına imtina 38% təşkil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR