Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, The Guardian Ağ Evin yayımladığı rəsmi videogörüntülərdə maraqlı detalı aşkarlayıb.
Belə ki, prezident Donald Trampın Vladimir Putini qırmızı xalçada gözləyərkən əl çaldığı kadrlar rəsmi montajdan çıxarılıb.
Böyük Britaniyanın Daily Mail nəşri isə dodaq oxuma mütəxəssisinə istinadla tərəflərin ilk dialoqunu üzə çıxarıb.
Onun sözlərinə görə, görüş zamanı Tramp Putinə üzünü tutaraq “Nəhayət!” deyib. Ardınca əl sıxarkən ABŞ prezidenti əlavə edib: “Siz bunu etmisiniz, sizi görmək gözəldir, çox minnətdaram”.
Xatırladaq ki, Tramp və Putin Alyaskada keçirilən tarixi görüş çərçivəsində bir araya gəliblər.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ