İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəisinin düşdüyü helikopter qəzası ilə bağlı YENİ XƏBƏR

İranda Prezident İbrahim Rəisinin öldüyü helikopter qəzası ilə bağlı başladılan istintaq prosesi başa çatıb.

Musavat.com İran mediasına istinadən xəbər verir ki, Rəisinin hər hansı kənar müdaxilə olmadan, qəza nəticəsində öldüyü təsdiqlənib.

"Fars" xəbər agentliyi yekun təhqiqatdan xəbərdar, adını çəkmədiyi təhlükəsizlik mənbəyinə istinadla yazıb ki, hadisənin qəza olması ilə bağlı qəti əminlik var. Təftiş və təhlükəsizlik orqanları yekun dəyərləndirmədə şübhəli faktor aşkarlamayıblar.

Mənbənin sözlərinə görə, qəzanın iki səbəbi var – pis hava şəraiti və vertolyotun təhlükəsizlik protokolunu aşan əlavə sərnişin yükünü idarə edə bilməməsi. "Fars"ın xəbərinə görə, vertolyotda tövsiyə olunan saydan iki əlavə sərnişin olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR