İnsanlara hürriyət, millətlərə istiqlal!

“Real” Madrid heyətini 100 milyonluq oyunçu ilə gücləndirdi

“Real” Madrid “Monako”nun yarımmüdafiəçisi Orelyen Tçuameni ilə müqavilə imzaladığına dair bəyanat verib.

“Kral klubu” 22 yaşlı fransızla 20 iyun 2028-ci ilə qədər, 6 illik müqavilə imzalayıb. Transfer məbləğinin isə 80 milyon, əlavə olaraq bonus qismində isə 20 milyon avro olduğu bildirilir.

Futbolçunun rəsmi təqdimatı iyunun 14-də baş tutacaq.

Tçuameni 2020-ci ilin yanvarından “Monako”da çıxış edir. 2021/22 mövsümündə yarımmüdafiəçi “Monako”nun heyətində 50 matçda beş qol vurub və üç məhsuldar ötürmə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR