Onlayn ictimai-siyasi qəzet
"Real" klubu "Liverpul"un futbolçusu Aleksis Mak Allister ilə maraqlanır.
"Kral klubu" orta xətti argentinalı yarımmüdafiəçi ilə gücləndirməyi düşünür.
Bu barədə "Real"a yaxın jurnalistlərdən olan Xose Feliks Diaz məlumat verib.
Mak Allister 2023-cü ilin yayından "Liverpul"da çıxış edir. O, Argentina yığmasi ilə 2022-ci ildə dünya çempionu olub.
Transfermarkt portalına görə 26 yaşlı futbolçunun dəyəri 90 milyon avrodur. (Offsideplus.az)
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ