İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞƏT anti-Qərb təşkilatına çevrilərsə... - Bakının mövqeyi

Çin və əsas tərəfdaşları bu təşkilat vasitəsilə birqütblü dünyanı ortadan qaldırmağa çalışır; analitiklərə görə, bu, bizim məsələ deyil, ölkəmizin iki hədəfi var

Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında bir sıra mühüm qərarlar qəbul edilib. Onların arasında Tiencinn Bəyannaməsi və 2035-ci ilə qədər ŞƏT-in İnkişaf Strategiyası da var. 

“Yeni Müsavat” xatırladır ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın ŞƏT-ə üzv olmasını dəstəklədiyini bəyan edib. Si Cinpin bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı səsləndirib.

“Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləyir və çoxtərəfli əsasda onunla sıx əməkdaşlıq etməyə, Qlobal Cənubun ümumi maraqlarını qorumağa və ortaq taleyə malik cəmiyyətin formalaşdırılmasına töhfə verməyə hazırdır”.

O əlavə edib ki, Çin Azərbaycanla ikitərəfli əməkdaşlığın dinamik inkişafını qoruyub saxlamaq və bu istiqamətdə işləri davam etdirmək niyyətindədir. ŞƏT-in iclasında  “müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarını birləşdirmək qərarı verilib. Üzv dövlətlər “müşahidəçi” və “dialoq üzrə tərəfdaş” statuslarını vahid “ŞƏT tərəfdaşı” statusunda birləşdirib. 

Yekun sənəddə deyilir ki, ŞƏT-ə üzv dövlətlər Laosa dialoq üzrə tərəfdaş statusunun verilməsi qərarını məmnunluqla qeyd ediblər. Hazırda ŞƏT-ə on dövlət daxildir: Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan. İndiyədək müşahidəçi statusuna malik iki dövlət vardı - Əfqanıstan və Monqolustan. Dialoq üzrə isə tərəfdaş statusuna malik on dörd ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lankadır. Yeni dəyişiklikdən sonra Azərbaycan “ŞƏT tərəfdaşı” statusu aldı. Ekspertlərin fikrincə, ŞƏT-in hazırkı sammiti əsaslı geosiyasi dəyişikliklərin simvollarından birinə çevriləcək. Analitiklər hesab edirlər ki, bu sammit beynəlxalq münasibətlər sisteminin transformasiyasını sürətləndirməyə qadirdir. Ekspert qeyd edir ki,  ŞƏT-i cəlbedici edən təşkilatın qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan alternativ əməkdaşlıq modelidir. Ev sahibi ölkənin məlumatına görə, hazırkı sammit təşkilat yaranandan bəri ən böyük sammit idi. 

Qərb mediası sammitə narahat reaksiya verib. Məsələn, “Reuters” xatırladır ki, son illərdə ŞƏT-in daimi üzvlərinin sayı 10-a, müşahidəçilərin və dialoq üzrə tərəfdaşların sayı isə 16-ya çatıb. Eyni zamanda təşkilatın səlahiyyətləri təhlükəsizlik məsələlərindən, terrorizmlə mübarizədən iqtisadi və hərbi əməkdaşlığa qədər genişlənib.

Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Vadim Kozyulinin RT-yə verdiyi şərhdə dediyi kimi, ŞƏT sammiti “qlobal idarəetmənin alternativ mərkəzlərinin” formalaşmasına şərait yaratdığına görə Qərbdə müəyyən təşviş yaradır. “Mövcud tendensiyalar belə qənaətə gəlməyə imkan verir ki, Qərb strukturlarının dünya düzəninə təsirləri qaçılmaz olaraq azalacaq. ŞƏT-in inkişafı isə buna böyük ölçüdə kömək edəcək. ŞƏT və BRİKS ölkələri nə qədər güclü olarsa, heç bir ölkənin özbaşına şərtləri diktə edə bilməyəcəyi balanslaşdırılmış sistem bir o qədər tez formalaşacaq”, - Kozyulin vurğulayıb.

Natiq Cəfərli atasını itirdi — Yenilənib

Natiq Cəfərli

ReAl Partiyasının sədri Natiq Cəfərlinin fikrincə, Çində baş tutan sammit, görüşlərin və müzakirələrin səviyyəsi, verilən bəyanatlar bir daha onu sübut etdi ki, Qərb, əsasən də Avropa öz hegemonluğunu, mənəvi, maddi, texnoloji və elmi üstünlüyünü itirir. Partiya sədri hesab edir ki, günah özlərindədir: “Son 30 ildə Avropa "SSRİ"ləşdikcə, Çin, Hindistan, İndoneziya, Vyetnam və s. ölkələr iqtisadi anlamda “Qərbləşdilər” və bu proses orqanik, Qərbin səhvlərini təkrar etməyərək baş verdi.

Avropa ifrat tənzimləmə qanunları, iqtisadiyyatda maneələr yaratmaqla öz üstünlüyünü xərcləyib bitirdi. Bu gün, məsələn, Avropada tikintiyə icazə aylar çəkir, Çində 3 günə həll olunur, Avropada restoran açmaq üçün əvvəl milli qanunvericilikdəki maneələri, sonra da Avropa Birliyinin requlyativ, tənzimləyici məhdudiyyətlərini aşmaq lazım olur, amma məsələn, Laosda bu məsələ 1 günə həllini tapır. Bu gün Avropa ölkələri turizmlə  mübarizə aparır, hər gün daha çox məhdudiyyətlər qoyur, amma, məsələn, Səudiyyə Ərəbistanı kimi qapalı ölkə qapılarını turistlər üçün daha çox açır. Ümumiyyətlə, Avropa iqtisadiyyatı daralır, Şərqdə, Sakit okean hövzəsində yerləşən ölkələrdə iqtisadi artımin tempi göz qamaşdırır. Qərbin ümidi yenə ABŞ-dir".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlu isə o qənaətdədir ki, Rusiya və Çin Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS vasitəsilə birqütblü dünyanı ortadan qaldırmağa çalışır: “Bu bizim məsələ deyil. Azərbaycanın bu təşkilata marağı iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi, üzv ölkələrin Azərbaycanın nəqliyyat imkanlarından istifadəsini təmin etməklə əlaqəlidir”.

E.Şahinoğlunun sözlərinə görə, Çin və Rusiya birqütblü dünyanın başa çatmasını istəyirlər: “Amma həm də başqa hədəflər də var - iqtisadi əməkdaşlıq, logistika və sair. 

Azərbaycana gəldikdə, Mərkəzi Asiya ilə əməkdaşlığımızı gücləndirməliyik. Eyni zamanda Prezidentin Çinə səfəri və ŞƏT-ə marağı Rusiyaya da mesaj olmalıdır. Moskva görməlidir ki, sən bizimlə yuxarıdan aşağı davranmağa çalışırsan, amma ən yaxın tərəfdaşın Çin Azərbaycanla əlaqələr qurur. Çin Rusiya kimi kobud addımlar atmır, ona görə bu ölkə ilə əməkdaşlıq cəlbedicidir".  

Şərhçi Aqşin Kərimov vəzifəyə təyin olunub

Aqşin Kərimov

Siyasi təhlilçi Aqşin Kərimov daha çox Çinin qlobal siyasətdə yüksəlişinə diqqət çəkir. Onun sözlərinə görə, Çinin reaktiv templə dünya olimpinin zirvəsinə qalxmaq səyləri güc mərkəzləri arasındakı strateji sərhədləri dəyişdirir.  Beynəlxalq səviyyədə Rusiya və ABŞ-nin öz mövqelərini itirmədən Çinin yüksəlişi başqa bir istiqamətə doğru gedir. Strateji hüdudların yeni dizaynı qaçılmazdır və bu, baş verəcəyi təqdirdə İkinci Dünya müharibəsindən sonra formalaşmış münasibətlər sisteminə meydan oxuyacaq fərqli tərzlər meydana çıxacaq. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki geosiyasi landşaftın dəyişdirilməsi, 12 günlük İsrail-İran müharibəsinin çox geniş geostrateji konteksti perspektiv üçün həmin münasibətlərə dair təsəvvürlərin yaradılmasına doğru bir gedişlərdir. Azərbaycan isə bu gedişləri Ermənistanla münasibətlər kontekstində regional müharibəyə çevirmək istəməyərək daha fərqli dizayna üstünlük verdi".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR