Onlayn ictimai-siyasi qəzet
Türkiyənin “Fənərbaxça”klubundan İspaniya nəhəngi “Real Madrid”ə transfer olan Arda Gülər üçüncü dəfə zədələnməsindən danışıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, göz yaşlarına hakim ola bilməyib.
Belə ki, A.Gülər növbəti zədəsini bu, çox pis şansdır deyə izah edib:
“Yıxıldım… Nə vaxt oynamaq istəsəm, həmişə eyni şeylər olur…”.
Xəbərin təfərrüatlarında Arda Gülərin üçüncü dəfə zədələndiyini açıqlananda göz yaşlarına boğulduğu da bildirilib.
Xatırladaq ki, Arda "Fənərbaxça"dan 20+10 milyon avroya "Real Madrid"ə transfer olunmuşdu. 18 yaşlı istedadlı futbolçu meniskindən zədə aldığı üçün 59 gün meydanlardan uzaq qalıb və 7 matçı buraxıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ