İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Trampı aşağıladı: Ona kosmetik vasitə təklif edəcək...

Rusiya prezidenti Vladimir Putin Amerikalı həmkarı Donald Trampla görüşünü maraqlı şəkildə açıqlayıb.

Musavat.com Rusiya KİV-lərinin yaydığı materiallara istinadən xəbər verir ki, Putin görüşü onun mahiyyətini aşağılayan formada açıqlayıb.

Putin sahibkarlar forumunda öz biznesini beynəlxalq bazara çıxarmaq üçün kömək istəyən kosmetika şirkətinin nümayəndəsinin hekayəsini dinləyib və qəfildən bu məsələni ABŞ prezidenti ilə bu gün müzakirə edəcəyini bildirib: “Bu gün mən ABŞ prezidenti ilə danışacağam və mütləq ona bu materialdan Amerika bazarına çıxarmaq üçün istifadə etməyi təklif edəcəm”.

Sahibkar xanım məhsulları ürək və ruhla hazırladıqlarını dedikdə isə Putin Trampı nəzərdə tutaraq “ona elə məhz belə deyəcəm, mütləq deyəcəm” deyərək zarafatı davam etdirib.

Bu arada Donald Tramp da Moskva ilə danışıq planlarını təsdiqləyib. O, sosial şəbəkədə yazıb: “Səhər saat 10:00-da Rusiya prezidenti Putinlə danışacam”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR